10/04/2022

Aparıcı Azər Zahid qazidən üzr istədi 

Aparıcı Azər Zahid gözdən əlil olan Qarabağ qazisi Amil Əliyevdən üzr istəyib.

Tanınmış aparıcı sosial şəbəkə hesabında canlı yayıma çıxaraq qazidən üzr istədiyini söyləyib.

“Mən səndən dönə-dönə üzr istəyirəm” – aparıcı bildirib.

Xatırladaq ki, Azər Zahid sosial şəbəkədə yayılmış videosunda qazi Amil Əliyevə zərfin içərisində pulu verərkən “onsuz da saya bilməyəcəksən” deyib. Onun bu sözləri etirazla qarşılanıb.