10/04/2022

“Zəfəri qazananlar” adlı sərgi keçirildi

26 İyul “Azərkitab” Kitab Təbliğatı Mərkəzində Elnurə və Aygün İsgəndərovaların layihə rəhbəri və təşkilatçısı olduqları rəssam, hərbi tibb qulluqçusu Əhmədli Pərvanənin “Şuşa İli”nə həsr olunmuş “Zəfəri Qazananlar” adlı ilk fərdi yaradıcılıq sərgisi baş tutdu. Sərgidə rəssamın 21 Qarabağ zəfərinə həsr olunmuş əsəri sərgilənirdi. Əsərlər tamaşaçılar tərəfindən maraqla qarşılandı. Sərginin açılışını edən layihə rəhbəri Elnurə İsgəndərova ilk öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını bildirdi. Qazilərimizə can sağlığı arzuladılar. Sonra sözü səbəbkar Pərvanə Əhmədliyə verdi. Pərvanə xanım sərginin təşkilində dəstəyə görə Elnurə və Aygün İsgəndərovalara və sərgiyə gələn qonaqlara təşəkkür etdi . Yaratdığı əsərlərin mənasından və şahidi olduğu Vətən Müharibəsində olan xatirələrindən söz açdı. Xatırladaq ki, Pərvanə xanımın nişanlısı Ağazadə Aqşin Vətən Müharibəsində iştirak edib. Aqşin bəy çıxışında döyüş xatirələrindən bəhs etdi. Xatırladaq ki , bir qrup Qarabağ Qazisi və Vətən Müharibəsi iştirakçıları Türkiyə ” İyilik Üretenler” Dərnəyinin rəhbəri Ahmet Yavuz və Hatice xanım Uşaqlıoglu adından “Kahraman Gazi” Onur Belgesi ilə təltif olundular:
1. Əhmədli Pərvanə
2. Aqşin Ağazadə
3. Bənnayev Qonfrans
4. Ədalət Məhərrəmov
5. Ənvər Qarayev
6. Mənsur Əsgərli
7. Elşən Məhərrəmov
8. Mahir Əhmədov
9 . Rada Abbas
10. Nəzakət Baxışova
11. Azər Məhərrəmov
Sonda xatirə fotoları çəkildi.

Fotolar Mahir Əhmədova məxsusdur