Bu gün vəzifələrinin icrasına başlamış Ermənistanın yeni prezidenti Armen Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu vacib sayır.

Öz müsahibəsində prezident bildirib: “Artıq 25 ildən çoxdur ki, münaqişənin tənzimlənməsi üzrə danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində həmsədr ölkələr – Rusiya, ABŞ və Fransanın təklif etdikləri prinsiplər əsasında aparılır. Rusiya bu məsələdə həlledici rola malikdir”.

Arkisyan vurğulayb ki, “23 il bundan öncə Qarabağda üçtərəfli atəşkəs məhz Rusiyanın vasitəçiliyi sayəsində əldə olunub”: “Aydındır ki, problemin tənzimlənməsi üçün sülhə və anlaşmaya gəlməyə siyasi iradə olmalıdır”.

Prezident qeyd edib ki, “son nəticədə bütün regional münaqişələr həllini tapır, bunlar dəf ediləndir”: “Tarix bundan daha qəddar və dramatik münaqişələr görüb”.   /Virtualaz.org/