Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü keçiriləcək.

AENPRESS.İNFO-“Report”un əldə etdiyi məlumata istinadən xəbər verir ki, görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin iştirak edəcək.

Görüş Rusiya tərəfinin təşəbbüsü ilə baş tutacaq.

Qeyd edək ki, A.Paşazadə oktyabrın 11-də Rusiyaya gedib.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin sonuncu görüşü 2017-ci il sentyabrın 8-də Moskvada keçirilib.

Posted in: Din

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir