“Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin yerli seçkilərin ikinci turundan sonra istefa verəcəyi gözlənilir”.

“Report”un Gürcüstan bürosunun xəbərinə görə, bu barədə yerli “Mtavari arxi” telekanalı özünün mənbəsinə istinadla məlumat yayıb.

Bildirilib ki, hakim Gürcü Arzusu Partiyasında yerli seçkilərdə iri şəhərlərdə uğursuz nəticələrin əldə olunması, Tbilisidə də seçkilərin ikinci mərhələsinin təyin olunması və Mixeil Saakaşvilinin Gürücstanda olmasında İ.Qaribaşvili günahlandırılır.

Qeyd edək ki, qonşu ölkədə yerli özünüidarəetmə orqanlarına seçkilər oktyabrın 2-də keçirilib. Nəticələrə əsasən, Tbilisi də daxil olmaqla 20 şəhərdə seçkilərin ikinci mərhələsi təyin ediləcək. İkinci turun oktyabrın 30-da keçiriləcəyi gözlənilir.

Ötən həftə Gürcüstanın “Pirveli” telekanalı da etibarlı mənbəyə istinadla baş nazirin istefa verəcəyi ilə bağlı məlumat yayıb. Gürcü Arzusu Partiyası yayılan məlumatları əsassız adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir