ABŞ-ın “Spirit Airlines” aviaşirkətinə məxsus təyyarənin Atlantik-Siti şəhərinin (Nyu_cersi ştatı) hava limanında havaya qalxarkən mühərrikinə quş girib.

Trend-in “NBC” telekanalının yerli bölməsinə istinadən verdiyi məlumata görə, insident nəticəsində təyyarənin mühərriki alışıb.

Məlumata əsasən, mühərrikin alışması səbəbilə uçuş dayandırılıb, bütün sərnişinlər təxliyə edilib.

Ştatnı qubernatoru Fil Mörfi özünün “Twitter” səhifəsində bildirib ki, insidentdən sonra hava limanı fəaliyyətini bərpa edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir