Çexiya Prezidenti xəstəxanaya yerləşdirilib

Çexiya Prezidenti Miloş Zeman xəstəxanaya yerləşdirilib.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Praqadakı Mərkəzi Hərbi Hospitalın nümayəndəsi İtka Zinke jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Çexiya dövlət başçısı təxminən bir saat əvvəl tibb müəssisəsinə yerləşdirilib.

M. Zemanın səhhəti ilə bağlı digər detallar hələlik məlum deyil.

Qeyd edək ki, 76 yaşlı M. Zeman 2013-cü ilin martından Çexiyaya rəhbərlik edir. AENPRESS.İNFO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir