Yeni tədris ilinə sayılı günlər qalıb. Bu tədris ili də distant yoxsa ənənəvi formada keçəcək? Tələbə və şagirdləri yeni tədris ilində hansı yeniliklər gözləyir? Təhsil eksperti Kamran Əsədov Moderator.az -ın bu və digər suallarını cavablandırıb. AENPRESS.İNFO həmin müsahibəni təqdim edir:

 

– Yeni tədris ili başlayır. Bu mövsüm də tədris ocaqlarında distant təhsil olacağı gözlənilir. Valideynlər, ekspertlər isə buna etiraz edirlər. Bəs sizin məsələyə münasibətiniz necədir?
– Ümumiyyətlə, pandemiya dünyadakı bütün təhsil sistemlərinə  öz təsirini göstərdi. İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilmədi və sadəcə proseslərin arxasınca getdi. Əksər hallarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər var idi. Lakin pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət də davam edəcəyi aydın olduqdan sonra, təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başladılar.
Məlum olduğu kimi yeni tədris ilinin başlamasına 2 həftə vaxt qalıb. Artıq bir sıra ölkələr yeni tədris ilinin hansı formada başlayacağı haqda elan veriblər. İnanıram ki, Azərbaycanda da sentyabr ayında yeni tədris ili başlayacaqdır.
– Yeni təhsil mövsümü üçün hansı təklifləriniz var?
– Düşünürəm ki, dərslər həftə ərzində hər gün olmamalıdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman isə sosial məsafə və digər qabaqlayıcı tədbirlərə diqqət yetirmək lazımdır. Bundan başqa 4447 orta məktəbdə təhsil alan hər bir şagirdə dövlət büdcəsi tərəfindən planşetlər verilməli və bütün şagirdlər üçün distant – online təhsilə qoşulmaq üçün bərabər imkanlar yaradılmalıdır. Hesab edirəm ki, dərslər sentyabrın 15-dən başlamalıdır. Amma bu müddətləri də dəyişməlidir. Belə ki, ibtidai siniflər üçün dərs müddəti 25, digər siniflər üçün 30 dəqiqə müəyyən edilməlidir. Yaxın fənnləri birləşdirərək inteqrativ dərslərə üstünlük verilməlidir. Dərs saatları elə müəyyən edilməlidir ki, şagirdlər məktəbdə maksimum 2-2,5 saat olsun. Belə ki, məktəb 3 növbə fəaliyyət göstərməlidir. I növbə saat 08:00-dan 10:00-dək ibtidai siniflər üçün, II növbə saat 10-30-dan 13-30-dək V-VIII siniflər məktəbdə olmalıdır, III növbə isə saat 14-00-dan 17-00-dək IX-XI siniflər məktəbdə dərslərdə iştirak etməlidirlər.

Bütün halllarda sinifdə şagird sıxlıığına xüsusi diqət yetirmək lazımdır. İbtidai siniflərdə şagird sayını 20-dən, digər siniflərdə 15-dən çox olmasına imkan vermək olmaz. Bütün bunlarla yanaşı  zəruri tibbi-sanitar nörmalar gözlənilməli, məktəblər mütəmadi olaraq dezinfeksiya edilməlidir.

Tədris ilinin başlama formalarını aşağıdakı qaydada bölüşdürmək olar:
1. Ənənəvi qaydada. Hamı əvvəlki illərdə olduğu kimi dərsə başlayır.
2. Onlayn qaydada. 4447 orta ümumtəhsil məktəbində təhsil alan 1.6 milyon şagird dövlət tərəfindən planşetlə təmin olunur və hər kəs üçün onlayn dərslər əlçatan olur.
3. Həm ənənəvi həm də onlayın: A) Dərslər həftə ərzində hər gün olmamalıdır. Şagird sıxlığının minimuma endirmək lazımdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman dərslər şagirdlər məktəbə gələn günlərdə keçirilməli, tapşırıqların yoxlanılması və bu kimi fəaliyyətlər onlayn həyata keçirilməlidir.
Dərslərin müddəti də azaldılmalıdır. Belə ki, I-IV siniflər 25 dəqiqə, V-IX siniflər 30 dəqiqə, X-XI siniflər 35 fəqoqə dərs keçməlidirlər. C)Siniflərdə şagirdlərin sayı I-IX siniflərdə 20 nəfər, X-XI siniflərdə 15 nəfərdən çox olmamaqla təşkil edilməlidir. D)Dəslərin başlama saatları 3 növbəli, tamamilə fərqli olmalıdır. Belə ki, I-IV siniflər üçün dərslər saat 8-00-dan 11-00-a qədər, V-IX siniflər üçün 12-00-dan 15-00-a qədər, X-XI siniflər üçün 16-00-dan 19-00-a qədər. Növbələr arası məktəb tam şəkildə dezinheksiya olunmalı, lazımı qabaqlayıcı tədbirlər görülməlidir.
 Pandemiya dövründə tələblər demək olar ki, əsasən distant təhsil aldı. Təbii ki, bu da onların tədrisinə öz təsirini göstərib. 
– Normal tədrisin dayanması bizim ali thəsil müəssisələrimizin, xüsusi ilə texniki yönümlü universitetlərimizin nə qədər geridə qaldığını, universitetin bina və partadan ibarət olduğunu göstərdi. Təssəvvür edin ki, bir çox universitetdə kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, sistem mühəndisliyi ixtisası üzrə qəbul həyata keçirib kadr hazırlayır və ən pisi də odur ki, onlar tələbələrə proqramlaşdırmanın əsasları, sistem proqramlaşdırılması və əməliyyat sistemləri, rəqəmsal sistemlər, veb proqramlaşdırılması və layihələndirilməsi, obyektyönlü proqramlaşdırma, verilənlər bazasının idarəetmə sistemləri, kompüter sxemotexnikası və mikroprosessor sistemləri və digər ixtisas üzrə bilik və bacarıqlar tələbələrə öyrədilir. Amma reallıq bilirsiz nədir? Bu ixtisaslar üzrə dərs deyən müəllimlər tələbələrə deyir ki, gedin skayp, zoom proqramını yükləyin, gəlin dərs keçək, sizə proqram yazmağı öyrədəcəm. Bu yerdə sual olunur ki, bəs onda niyə həmin müəllimlər  11 ildir niyə özlərinə bir video proqramı hazırlamayıb?
“Təhsil Haqqında Qanun”da qeyd olunub ki, zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. Bu tətbiq edilsə belə, texniki imkanları olmadığı üçün dərslərdə iştirak etməyənlərə qayıb yazıla bilməz. Digər tərəfdən isə, onlayn dərs keçən təhsil müəssisələri tələbələrin təhsil haqlarının müəyyən hissəsini geri qaytarmalıdırlar. Çünki onlar əyani və qiyabi təhsil almaq üçün bu qədər yüksək təhsil haqı alıblar. Distant, onlayn dərslərin təhsil hqqı digərlərindən 4 dəfə ucuzdur.
Tələbələr universitetə qəbul olanda onlarla bağlanmış müqavilədə bu formatlı təhsil almaq qeyd olunmayıb. Bundan başqa 51 ali təhsil müəssisəsində təhsil alan 165 min tələbənin 60 faizini regionlardan olan tələbələr təşkil edir ki, bu da o deməkdir ki, onların onlayn resurslardan istifadə imkanları məhduddur. Həm komputer, həmdə internet yoxluğu bu imkanı məhdudlaşdırır.

 

Xəyalə Rəis

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir