“30 ilə yaxındır ki, biz Qarabağ həqiqətlərini dünyaya danışsaq da, bizi görən, eşidən yox idi. İndi dünya Azərbaycanı izləməyə məcburdur”
Sevda Dadaşova: “Bakıda doğulsam da vətəndən kənarda özümü Qarabağlı kimi təqdim etmişəm”
Bu ilin iyul ayının 27-də Diasporla İş Üzrə Dövlət Komitəsi diaspor nümayəndələrinin Şuşaya bir günlük səfərini təşkil etmişdi. Səfərdə 24 ölkədən 72 soydaşımız iştirak edirdi. Səfər sonrası diaspor rəhbərlərimiz təəssüratlarını göz yaşları ilə ifadə edir, orada gördükləri mənzərə ilə bağlı təəssüratlarını bölüşürlər.
İsveçdə yaşayan İsveç Azərbaycan birliyinin SAF sədri, “Qarabağ” məktəbinin rəhbəri Sevda Dadaşova Şuşada gördüklərini, təəəsüratlarını Moderator.az-a bölüşüb.AENPRESS.İNFO həmin müsahibəni təqdim edir:
– Sevda xanım, 30 ildən sonra Qarabağda idiniz. 30 ildir İsveçdə Qarabağ həqiqətlərini dünyaya bəyan etməyə çalışırsınız. Qarabağ sizi necə qarşıladı?
– Şuşaya çatdıqda, görüdüyüm mənzərə qarşısında bir gözüm ağlayır, o biri gözüm gülürdü. Qürurdan, sevincdən, fərəhdən ürəyim dağa dönürdü. Şuşa cənnət məkanıdır, təbiəti, havası, gözəlliyi deyildi qədər var idi. Ancaq biz orada erməni vandalizminin canlı şahidi olduq. Ekologiyaya o cür təzyiq göstərmək ekoloji terrordur, buna başqa ad vermək olmazdı. Bu mənzərə çox ağır idi. Çox qarışıq hisslər yaşayırdıq. Erməni şizofreniyası deyilən bir xəstəlik var, doğrudan da onlar bu xəstəliyin daşıyıcısı imişlər. Normal insanlar bu vəhşiliyi etməz. Onların etdikləri vəhşilik bir daha sübut etdi ki, doğrudan da Qarabağ Azərbaycandır. Çünki heç kim vətənini, torpağını o günə qoymazdı.
Bizim Şuşaya yola düşdüyümüz avtobusda Almaniydan gələn həmkarımız Zahid Quliyev yol boyu danışır, Qarabağdakı xatirələrindən bəhs edirdi. O əslən Cəbrayıldandır. Yol boyu Ülviyyə xanımla bizə yaşadıqlarından bəhs edirdi. Onlar danışır ki, Cəbrayıldan çıxanda birbaşa paytaxta pənah gətirməyiblər. Cəbrayıldan kənd-kənd çıxıblar. Hara ümid aparıblarsa atasının taxtadan ev düzəltdiyini gecəni burada keçirib sabahı evlərinə geri qayıdacaqlarını deyirdi. Onlar danışdıqca mən içimdən ağlayırdım, özümü möhkəm tutmağa çalışırdım. Başa düşdüm ki, onlar evlərini, torpaqlarını asan tərk etməyiblər. Onların yaşadıqları ömür boyu undulmur, unudulmayacaq da. Biz bu 30 ildə onların yaralarına məlhəm ola bilməmişik. Vətənindən ayrı düşən məcburi köçkünlərin yarası qəlbində imiş…
– Şuşa ilk baxışdan sizdə necə təəssürat yaratdı?
– Ali Baş Komandanımız İlham Əliyev Şuşanın işğaldan azad olunduğu gün xalqa müraciət edərək dedi ki, “Şuşa, sən azadsan, biz səni dirçəldəcəyik və yaşadacağıq”. İnanın ki, biz bunun əyani şahidi olduq. Şuşa saniyəbəsaniyə gözəlləşir. Orada fasiləsiz bərpa işləri görülür. Biz 30 ildir dünyaya sübut edə bilmirdik ki, Qarabağ, Şuşa bizimdir. Azərbaycanın mərd, qorxmaz oğulları 44 gün ərzində bizi arzularımıza qovuşdurdu. Hətta bizim ordumuz əlbəyaxa döyüşlə Şuşanı işğaldan azad ediblər. Bu adi göstərici deyil. Mən Bakıda doğulsam da vətəndən kənarda özümü Qarabağlı kimi təqdim etmişəm. Qarabağ bizim hamımızındır. Bu bizim yaralı yerimiz idi. Bizi arzularımıza qovuşduran Qarabağı azad edən şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Onların ailələrinin ağrıları, yaraları bizim yaralarımızdır.
– İstər Azərbaycanda, istər vətəndən kənarda dünya azərbaycanlıları harada olmasından asılı olmayaraq “Qarabağ şikəsti”ni dinlədikcə Şuşa, Cıdır düzünü xatırlayırdı. Şuşada “Qarabağ şikəstəsi” ni dinlədinizmi?
– Şuşada Zahid Quliyev Qarabağ şikəstəsini ifa edir, şeirlər səsləndirib bizi feyziyab edirdi. O, getdiyimiz ərazilərdə ora uyğun canlı ifalar edirdi. Bunun ayrı bir gözəlliyi və özəlliyi vardı.
– Diaspora komitəsinin təşkil etdiyi bu səfərin əsas qayəsi, məqsədi nədən ibarət idi?
– Mən buradan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova, diapora komitəsinin əməkdaşlarına təşəkkür edirəm. Onların bu səfərdə çox böyük əməkləri oldu. Diaspora komitəsinin məqsədi bizi ora aparmaq, qayıdanda oradakı vandallığı öz gözümüzlə görmək və dünyaya olduğu kimi çatdırmağımıza vəsilə olmaq idi. Biz vandalizmə məruz qalan bir ökənin vətəndaşlarıyıq. Çalışmaq lazımdır ki, hamımız bu vandallığı dünyaya çatdıraq. Onların necə millət olduqlarını göstərək. Bu səfərin əsas məqsədlərindən biri də Azərbaycanın haqq səsinin xarici ölkələrdəki carçıları hesab olunan diaspor nümayəndələrinin öz gözü ilə görməsi idi.  Şuşa səfəri mühüm əhəmiyyətə malikdir, ələlxüsus, bu səfər müharibədən sonrakı mərhələdə Qarabağla bağlı diplomatik müstəvidə atılan addımların təşviqi baxmından xüsusi önəm kəsb edir.
– Bundan sonra İsveçdəki layihələrinizdə hər hansı dəyişikliklər olacaqmı? Bu günə qədər Qarabağa ədalət istəyən diasporanın bundan sonrakı fəaliyyəti nədən ibarət olacaq?  
– Biz Qarabağ məktəbimizdə bu həqiqətləri hər zaman bəyan etmişik. Hətta onu da qeyd edim ki, bizim “Qarabağ rəqs qrupu”muz var ki, hər dəfə çıxışdan öncə biz Qarabağın Azərbaycana məxsus olduğunu, torpaqlarımızı necə işğal edilməsindən bəhs edirdik. 30 ilə yaxındır ki, biz Qarabağ həqiqətlərini dünyaya danışır, bizi görən, eşidən yox idi. İndi dünya Azərbaycanı izləməyə məcburdur. Artıq biz işğala məruz qalan yox, azadlıq əldə etmiş vətəndaşlarıq.
– İsveçlilər Qarabağ həqiqələti ilə nə qədər məlumatlıdırlar? 
– Ali Baş Komandanımız İlham Əliyev və onun xanımı, Azərbaycanın vise-prezidenti Mehriban Əliyevanın ölkəmizdə keçdiriyi beynəlxalq festivalların dövlətimizin tanınmasına böyük rol oynayıb. Zəfər qələbəmizdən sonra isə bütün dünya bizi tanıdı. Bizim 20 faiz torpağımız işğal altında idi. Belə olduğu halda hardasa özümüzü əzilmiş, məğlub edilmiş bir xalq kimi hiss edirdik. İndi qürürla, fəxrlə torpağını işğaldan azad edən bir xalqın nümayəndəri kimi təqdim edirik.
Onu da nəzərinizə çatdırım ki, İsveç dövləti bizi hər zaman dəstəkləyib. Bu savaşda İsveçdə yaşayan azərbaycanlılar hamımız bir nəfər kimi mübarizə apardıq. Həm sosial şəbəkələrdə, həm də yaşadığımız şəhərdə. Ermənilər elə bilirdi ki, İsveçdə azərbaycanlı yoxdur və varsa da sakit oturublar.  Ancaq gördülər ki, heç də onlar düşündüyü kimi deyil.
– II Qarabağ döyüşlərindən sonra orada yaşayan erməniləri təxribatları oldumu? 
– Əbəttə oldu. 44 günlük müharibə dövründə onlar bizi izləyir və yanlış ünvanlar verirdilər ki, aramızda konflikt yaransın. Yaxşı ki, biz bunu tez anladıq. Qarşısını aldıq, hər 10 dəqiqədən bir qruplara yazır, orada yaşayan vətəndaşları ayıq olmağa çağırırdıq. İsveç polisi hər zaman bizə dəstək olurdu. Nəticədə bu günlərdə İsveçdə yaşayan ermənilər döyüldülər, oradakı ən böyük magistraldan qovuldular, rəzil oldular. Biz qanunlar çərçivəsində hərəkət edirdik. Həmin günlərdə İsveçdə yaşayan azərbaycanlılara hədə qorxu, gəlir, zənglər edib harada yaşadıqlarını bildiklərini, onlara zərbə tətbiq edəcəklərini deyirdilər. Əslində onlar qoxaq millətdirlər və bütün bunları da qoxularından edirdilər. Yəni deyəcəyim odur ki, həmin günlərdə bizim də ürəyimiz Azərbaycanla Qarabağla döyünürdü.
Xəyalə Rəis

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir