“Aparılan təhlillərin nəticəsinə görə, müəllimlərin son 10 ildə bilik vermək bacarığının müasir tələblərə bir o qədər cavab vermədiyi müşahidə olunur”.
Bunu Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin rəhbəri Nəzakət Mehdiyeva deyib.
Onun sözlərinə görə, son 3 ildə müəllimlərin ixtisasartırma təlimlərində tədris proqramlarında təkmilləşdirmələr aparılıb:
“Proqram dövrün tələblərinə uyğunlaşdırıldı. Mən deyə bilmərəm ki, bütün müəllimlər yeni proqramı öyrənir, lakin əksəriyyət bunun üçün çalışır. Arzu edərdim ki, namizədlərimiz yeni öyrənmə prosesinə qoşulsunlar”.
Posted in: Elm

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir