Limonlu və zəncəfilli çay mədə-bağırsaq traktının işini yaxşılaşdıran ən effektiv vasitələrdir.
Publika.az oxucuları şişkinliyi aradan qaldıran 7 içki ilə tanış edir:
1. Limonlu su
Limonun turşuluğu qidanın parçalanmasından və qazın azaldılmasından məsul olan xlorid turşusunun istehsalını stimullaşdırır. Ancaq həddən artıq içməyin – bir stəkan kifayət edəcək.
2. Qırmızı istiotlu istənilən içki
Qırmızı istiot həzmi stimullaşdırır, qarın boşluğunu rahatlaşdırır, qan təzyiqi və spazmanı yaxşılaşdırır. Ədviyyatı sevənlərə istənilən içkiyə bir çay qaşığı qırmızı istiot əlavə etmək məsləhət görülür. Su ilə də qarışdıra bilərsiniz.
3. Kokos suyu
Kokos suyunda bədəndən artıq sodiumu xaric edən və bununla da şişkinliyi aradan qaldıran kalium var.
4. Sarıköklü hər hansı bir içki
Sarıkök də qırmızı istiot kimi detoksifikasiya edən ədviyyatdır. Mədədəki ağırlığı azaltmaq üçün toz halında bir çay qaşığı ədviyyatı su, çay, şirə və ya başqa bir içkiyə əlavə etmək məsləhət görülür.
5. Zəncəfilli çay
Zəncəfil antibakterial xüsusiyyətlərinə və tərkibindəki həzm fermentlərinə görə bağırsaqdakı iltihabı azalda bilər və şişkinliyi aradan qaldırır.
6. Nanəli çay
Nanəli çay nəinki qarın ağrısını azaldacaq, həzm sisteminin işləməməsinə səbəb ola biləcək stressi də aradan qaldıracaq. Unutmayın ki, nanəli çayı yeməkdən əvvəl və ya bir-iki saat sonra içmək xeyirdir.
7. Qulançar və ispanaqlı smuzi
Tərkibindəki çox miqdarda probiotik sayəsində qulançar şişkinliklə yaxşı mübarizə aparır və həzm prosesini normallaşdırır. Digər tərəfdən ispanaq əla lif mənbəyidir, bunun sayəsində qaz əmələ gəlməsini bir neçə dəqiqə ərzində aradan qaldırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir