Azərbaycanda beş yaşlı uşaq anası və onun sevgilisi tərəfindən zorakılığa məruz qalıb.

Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib. O, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiyini bildirib:

“Bir neçə gün öncə uşaq anası tərəfindən ağır vəziyyətdə nənəsinin işlədiyi kafeyə gətirilib. Sonra xəstəxananın travmatalogiya şöbəsinə yerləşdirilib və hal-hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Nənə uşağa bunu edənin qızı Səadətlə onun sevgilisi Kamran adlı şəxsin olduğunu iddia edir. Uşağın bədənində aşkarlanan siqaret izləri, qançırlar, dilinin qoparılması, toxumaların çürüməsi ona edilən ağır işğəncələrdən xəbər verir. Uşaq da bildirir ki, onu Kamran döyüb. “Dilimi də o dişlədi. Anam da oradaydı”, – deyir. Nənənin dediyinə görə, Kamran tərəfindən daha öncə də uşağa qarşı zorakılıq olub. Sonra o, üzr istəyib və şikayət geri götürülüb. Nənə iddia edir ki, Səadət və Kamran narkotik istifadəçisidirlər”, – deyə K.Ağazadə yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir