İranda ötən sutka ərzində 175 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 86 966 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 15 139 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 501 079 nəfərə çatıb. Virus daşıyıcılarından 4 135 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 3 118 348 nəfər koronavirusdan sağalıb, 24,9 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda təxminən 8,14 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5,89 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,25 min təşkil edir.

AENPRESS.İNFO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir