Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və Azərbaycanda fəaliyyət göstərən pravoslav, katolik, yəhudi, alban-udi dini konfessiyalarının rəhbərləri Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad İsrayıl oğlu Həşimovun və polkovnik İlqar Mirzəyevin İkinci Fəxri Xiyabandakı məzarlarını ildönüm münasibətilə ziyarət ediblər.
Keçən il iyulun 14-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və silahli qüvvələrimizin 11 nəfər zabit və əsgərinin xatirəsi din xadimləri tərəfindən ehtiramla yad edilib. Onların şərəfinə Qurani-Kərim tilavət edilib, ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb. Dini konfessiya rəhbərləri Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman döyüşçüləri barəsində rəhmət duaları ilə çıxışlar ediblər.
         Anım mərasimində ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələrindən Bakı və Azərbaycan yeparxiyasının nümayəndəsi Konstantin (Pimenov), Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Roma Katolik kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, Avropa yəhudiləri dini icmasısnın sədri Aleksandr Şarovski və digərləri iştirak ediblər.
Posted in: Din

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir