Rusiyanın “AvtoVAZ” şirkəti bir neçə avtomobil modelinin istehsalını dayandırıb.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, qərar “Bosch Samara” şirkətinin elektron komponentlərinin tədarükündə yaranan qüsurlarla əlaqədar verilib.

Şirkət bildirir ki, komponent çatışmazlığına görə “Lada Xray”, “Lada Largus”, “Renault Logan” və “Renault Sandero” modellərinin istehsalı dayandılırıb.

Qeyd edək ki, “AvtoVAZ” iyun ayında da detal çatışmazlığı ilə əlaqədar bəzi modellərin istehsalını dayandırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir