Binəqədi rayonu, Abay Kunanbayev küçəsində baş verən yanğın zamanı ağacların yanaraq məhv olması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov Trend-ə bildirib ki, araşdırma zamanı sözügedən ərazinin xüsusi mülkiyyətdə olduğu və yanğın zamanı 12 ayland ağacının yanaraq məhv olması nəticəsində təbiətə 2 880 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib edilib və toplanmış sənədlər Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir