“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Mənzil Tikinti Kooperativlərinin (MTK) qazlaşdırılması zamanı quraşdırılan qaz sayğaclarının qiymətini açıqlayıb.

Trend-in məlumatına görə, baş direktor bildirib ki, MTK qaz sayğaclarını iyul ayının 1-dək ödənişli əsaslarla alıb: “Bundan sonra məsələ fərqli formada tənzimlənəcək. Sonradan ödənişli (mexaniki-elektron) qaz sayğacları komplektinin dəyəri 70-90 manat olmasına baxmayaraq, vətəndaşlardan MTK rəhbərləri böyük məbləğdə ödənişlər tələb edirdi. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yeni inşa olunan çoxmərtəbəli binalarda iyul ayının 1-dən qaz sayğaclarının quraşdırılmasına dair müvafiq açıqlaması var. Vətəndaşlar həmin tarixdən etibarən Mənzil Tikinti Kooperativlərinə quraşdıran sayğaclara görə heç bir ödəniş etməsinlər. MTK-lara “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilən texniki şərtlərdə sakinlərin məişətdə istehlak etdikləri qaz sayğaclarının pulsuz quraşdırılacağı öz əksini tapacaq. Mənzil alan şəxsdən qaz sayğacına görə hansısa həcmdə vəsait istənilərsə, mütləq texniki şərti tələb edib, öz hüquqlarını müdafiə etsinlər”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir