İlon Maskın “Starship” mars gəmisinin prototipi Texasda sınaqlar zamanı uğurlu eniş edib.

 “Space X” şirkətinin “YouTube” kanalında bununla bağlı görüntülər paylaşılıb.

Qeyd edək ki, cari ilin əvvəlindən gəminin prototipinin üç sınağı uğursuzluqla nəticələnib. Onlar ya eniş zamanı yerə çırpılıb, ya da partlayıb. Martın 4-də keçirilən sınaqlar zamanı isə gəmi endikdən bir neçə dəqiqə sonra partlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir