İki il əvvəl nişanlanan Yeni Zelandiya Baş naziri Casinda Ardern evlənəcəyini açıqlayıb.

Bu barədə o, “Goast” radio proqramına müsahibəsində deyib.

Televiziya aparıcısı ilə nişanlı olan Ardern Cənubi yarımkürədəki ölkədə dekabr və fevral ayları arasına düşən yay mövsümündə evlənəcək.

 “Özümü ziyafət verməyəcək qədər yaşlı hesab edirəm”, – deyə 40 yaşlı baş nazir bildirib.

Ardern Klark Qayford ilə 3 may 2019-cu ildə nişanlanıb. Cütlüyün 2 yaşlı qızı var.

O, qızını 2018-ci ildə, baş nazir olaraq dünyaya gətirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir