Siyəzəndə iki qardaş mağazanı soyub.

DİN-in mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zarat kəndi ərazisində yerləşən mağazaların birində mağaza sahibinə qarşı soyğunçuluq edən iki qardaş – Turxay və Elşən Fərzəliyevlər saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan qardaşlar qabaqcadan əlbir olaraq kənd ərazisində yerləşən ərzaq malları mağazasına daxil olublar. Bu zaman T.Fərzəliyev mağaza sahibinin onlara müqavimət göstərməməsi üçün qollarını tutub, E.Fərzəliyev isə kassadan 126 manat miqdarında pulu götürüb. Daha sonra isə onlar həmin ərazidən uzaqlaşıblar.

Dindirilmə zamanı Turxay və Elşən Fərzəliyev törətdikləri hadisəni səmimi etiraf edərək, peşman olduqlarını bildiriblər.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir