Onlar iki slavyan xalqı arasında düşmənçilik toxumu səpilməsinin qarşısını vaxtında almadı…”
Azərbaycan Respublikasının birinci Prezidenti Ayaz Mütəllibov Moderator.az-ın rus versiyasına geniş müsahibə verib. Sabiq dövlət başçısı Qarabağ məsələsi ilə yanaşı, dünya siyasəti ilə də bağlı bir sıra sualları cavablandırıb. Müsahibənin ən maraqlı məqamlarının tərcüməsini diqqətinizə çatdırırıq:
-Ayaz müəllim, keçmiş SSRİ-nin müttəfiq respublikalarından birinin, yəni Azərbaycanın sabiq lideri olaraq iki slavyan dövləti – Rusiya və Ukrayna arasındakı son gərginliyi necə qiymətləndirirsiniz?
– Təəssüflə qeyd etməliyəm ki, bu iki slavyan dövləti arasındakı mövcud münasibətlərdəki ziddiyyətlərin, hətta mümkün hərbi əməliyyatların qarşısını almaq istiqamətində vaxtında danışmaq lazım idi. Ancaq təəssüf ki, Ukrayna ilə Rusiya arasında anormal bir şey baş verdiyini görürük. Bu olmamalıydı …
Yaxşı xatırlayıram ki, 1991-ci ildə sonuncu sovet rəhbəri M.Qorbaçovun yanında prezident şurasının yeni bir ittifaq müqaviləsi variantlarının nəzərdən keçirildiyi iclaslarından birinin sonunda ona və Rusiya prezidenti Yeltsinə tostla müraciət edərək dedim: “Bu tostu tədbirliliyiniz və dünya slavyanlarının taleyi üçün daşıdığınız məsuliyyət naminə söyləyirəm…” Şəxsən mən o vəziyyətdə odla oynamağın çox təhlükəli olduğunu başa düşürdüm. Və hesab edirəm ki, bu gün Rusiya və Ukrayna arasında baş verənlər həm Qorbaçovun, həm də Yeltsinin o zaman iki slavyan xalqı, mahiyyət etibarilə həm rus, həm də ukraynaca danışan eyni xalq arasında düşmənçilik toxumu səpmək  cəhdlərinin qarşısının alınmasının vacibliyinə laqeyd yanaşmalarının birbaşa nəticəsi və davamıdır.  Yəni onlar belə təxribat cədhlərinin qarşısını vaxtında almadılar… Buna görə də, gələcək nəsillərin bütün bu hadisələrə necə haqq qazandıracaqlarını bilmirəm, ancaq şəxsən mən bunlara ürəyimdə böyük kədərlə yanaşıram. Çünki uzun illər eyni ailədə yaşadıq, duz-çörəyimizi, sevinc və kədərimizi paylaşdıq. Və bu iki xalq – ruslar və ukrayınlar da eyni ruhda tərbiyə olundu. Çox təəssüf ki, sonu belə oldu…
– Məhz elə Donbas ətrafında baş verən hadisələrin də fonunda gərginlik yaşanan Rusiya-Amerika münasibətlərinin perspektivini necə görürsünüz?
-Düşünürəm ki, bundan sonra da dünya siyasi liderlərinin müdrikliyi və tədbirliliyi üstünlük təşkil edəcək. Artıq müəyyən dərəcədə şoka düşən ayrı-ayrı siyasətçilərin ağzından sağlam mühakimələr də eşidilməkdədir. Və təbii ki, ilk növbədə özünə hörmət edən Amerika siyasətçiləri ABŞ kimi böyük bir ölkənin nüfuzuna xələl gətirə biləcək hər hansı bir digər yanaşmanın lüzumsuzluğunu anlayacaqlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir