Polşada dama üzrə dünya çempionu adı uğrunda yerli Natalya Sadovskaya və rusiyalı Tamara Tansıkkujina arasındakı görüşdə insident baş verib.
“Report” xəbər verir ki, qarşılaşmanın ortasında təşkilatçılardan biri oyunçulara yaxınlaşaraq, masanın üstündən Rusiya bayrağını götürüb.
Məsələ ilə bağlı açıqlama verən Polşa Dama Federasiyasının prezidenti Damian Reşka hadisəyə görə üzr istəyib: “Buna görə təəssüflənirəm. Bayrağı dərhal yığışdırmalı olduğumuza dair məlumat aldıq. Bunu etməsəydik, Ümumdünya Antidopinq Agentliyi (WADA) bizi Beynəlxalq Dama Federasiyasından kənarlaşdıra bilərdi. Ümid edirəm ki, səbəb aydındır. Baş vermiş narahatlığa görə üzr istəyirik”.
Qeyd edək ki, dünya çempionu adı uğrunda görüş mayın 3-də başa çatacaq. Dörd raunddan sonra Tamara Tansıkkujina Natalya Sadovskayaya uduzur. Qarşılaşma doqquz turdan ibarətdir. Hər raundda 12 xal oynanılır. Qalib 54 xal toplamalıdır. Hazırda Sadovskaya 32:16 hesabı ilə öndədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir