İş adamı Yevgeni Priqojin ABŞ vətəndaşları tərəfindən qaçırılmağa cəhd iddiası ilə Rusiya İstintaq Komitəsinə müraciət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə iş adamına məxsus “Konkord” şirkətinin mətbuat xidməti məlumat yayıb.
“Yevgeni Viktoroviç Priqojin ABŞ vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar qrup tərəfindən qaçırılmağa cəhdlə əlaqədar Rusiya İstintaq Komitəsinə müraciət edib”, – açıqlamada qeyd edilib.
Qeyd edək ki, “Putinin aşpazı” adıyla tanınan Priqojin “Vaqner” silahlı qruplaşmasının lideridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir