Rusiya baş nazirinin keçmiş müavini, hökumət administrasiyasının sabiq rəhbəri Sergey Pixodko 64 yaşında vəfat edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb.
Onun ölümünün səbəbi hələlik məlum deyil.
O, 1957-ci il yanvarın 12-də Moskvada anadan olub. Keçmiş SSRİ-nin Çexoslovakiyadakı səfirliyində müxtəlif vəzifələrdə işləyib.
2013-cü ildə Rusiya Nazirlər Kabineti sədrinin müavini olub. 2018-ci ilin fevralında Korrupsiyaya qarşı Mübarizə Fondu tərəfindən aparılan bir araşdırma dərc olunduqdan sonra Aleksey Navalnı tərəfindən korrupsiyada ittiham edilmişdi.
Sergey Prixodko 2020-ci ildən Rusiyanın baş naziri Mixail Mişustinin köməkçisi işləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir