Amerikalı müəllimə və ictimai fəal Debbi Almontaser  yanvarın 20-də ABŞ-ın yeni Prezidenti Co Baydenin andiçmə mərasimində Quran oxuyaraq dua edən ilk müsəlman qadın kimi tarixə düşüb.
 
Moderator.az bu haqda “Aboutİslam” nəşrinə istinadla xəbər verir.
“İlk yəmən əsilli amerikalı qadın olaraq andiçmə mərasiminin açılış  duasına dəvət edilmək mənim üçün böyük şərəfdir!” – deyə qadın “Twitter”-də paylaşıb.
Almontaser bütün həyatını ABŞ təhsil sistemində işləməyə həsr edib. Nyu-Yorkdakı Xəlil Cebran Beynəlxalq Akademiyasının qurucu direktorudur. Bu müsəlman xanım mütəmadi olaraq ölkənin müxtəlif təhsil müəssisələrində ərəb mədəniyyəti, İslam, dinlərarası münasibətlər mövzusunda mühazirələr oxumağa  dəvət olunur.
Xəbərdə qeyd edilir ki, ABŞ Prezidentinin andiçmə mərasimində Amerikanın müsəlman icmasını imam Əzxar Subedar da təmsil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir