Misirdə müvəqqəti “ailə”lər qurulmasına qadağa qoyulub.
Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki,  bu qadağa ölkənin əsas dini hüquqi orqanı  olan Fətvalar İdarəsi tərəfindən təsbit edilib. Belə bir fətva misirli vəkil Əhməd Məhranın tərtib etdiyi “müvəqqəti nikah müqaviləsi”nə sosial şəbəkələrdə ilahiyyatçıların sərt reaksiyasından sonra verilib.
Fətvada bildirilir ki, İslamda bu növ nikahlar doğru hesab edilə bilməz.  Müvəqqəti kəbinin eyni zamanda  Misir cəmiyyətinin də  dəyərlərinə zidd olduğu göstərilib.
Xatırladaq ki, kişi və qadın arasında müvəqqəti nikah bir sıra müsəlman ölkələrində “siğə” və ya “mutə” adı altında tətbiq edilir. Halbuki, bir sıra İslam alimləri bu cür kəbinləri İslamda ailə institutunun təməllərinə zidd olması baxımından zinakarlığın bir növü kimi dəyərləndirirlər.
Posted in: Din

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir