Dünən haqqında ölüm xəbəri yayılan və o dünyadan bu xəbəri çıxaranlara salam göndərən Rəşid Mahmudov sağdır. Ölkəmizin siyasi-ictimai həyatında əhəmiyyətli xidmətləri olan, açıq söz sahibi Rəşid müəllim kimdir?..

Rəşid Mahmudov 1938- ci il noyabr ayının 28-də Gədəbəy rayonunun, Kəsəmən kəndində anadan olub.

1952-55-ci illərdə Füzuli adına Böyük Qaramurad kənd orta təhsilini alıb. 1955-ci ildə, Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki ATU)  daxil olub. Tələbəlik illərində 2 elmi məqaləsi çap olunub.

1961-ci ildə  Azərbaycan Dövlət Tibb İnstitutunu əla qiymətlərlə bitirərək, Səhiyə Nazirliyinin göndərişi ilə Gədəbəy rayonunun Rəsullu kənd xəstəxanasına baş həkim təyin edilib və 1963-cü ilə qədər burada fəaliyyət göstərib.

1963-1966-cı illər arasında Azərbaycan Dövlət Tibb İnstitutunun aspranturasında təhsil alıb, 1966-cı ildən 1971-ci ilə qədər həmin institutun normal fiziologiya kafedrasında müəllim (assistent) kimi çalışıb. 1971-ci ildə normal fiziologiya kafedrasında baş müəllim seçilib.

1983-cü ildə elmi araşdırmalarını Moskva şəhərində kardioloji mərkəzdə aparmış və həmin ildə «Aterosklerozun yaranmasında böyrək üstü vəzin beyin maddəsinin hormonu adrenalin və noradrenalinin (katexolaminlər) rolu» mövzusunda tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1991-ci ildən Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda dosent seçilmişdir.

Professor Rəşid Mahmudov Azərbaycan Tibb Universitetinin normal fiziologiya kafedrasında dosent vəzifəsində çalışmış, 50-dən çox elmi əsərin müəllifidir.

1985-ci ildə “Cor et Vaza” (Ürək və damar) jurnalında 9 səhifədən ibarət elmi məqaləsi çap olunmuşdur.

R.M.Mahmudov Azərbaycan dilində nəşr olunan “Normal fiziologiya” adlı dərsliyin müəllifidir. Əsərləri  Çexslovakiyada, Rusiyada, İsveçdə və türkiyədə çap olunmuş və bir çox elmi konfranslarda çıxışlar etmişdir.

Hazırda ölüm xəbəri yayılan 82 yaşlı pr.Rəşid Mahmudov karonavirusa yoluxub. Allah şəfa versin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir