Moskva görüşü Azərbayanın növbəti uğurudur. Görüş nəticəsində imzalanan 4 bənddən ibarət bəyanat 10 noyabr razılaşmasının icrasını möhkəmləndirir. Belə ki, 11 yanvarda imzalanmış üçtərəfli bəyanatın mahiyyəti əsasən ondan əvvəl imzalanmış bəyanatın 9-cu bəndinin icra mexanizminin hazırlanmasına və tezliklə həyata keçirilməsinə hesablanıb ki, bu da Azərbaycanın maraqlarına tam cavab verir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, 10 noyabrdan sonra belə bir görüşün keçirilməsi labüd idi. Çünki 10 noyabr razılaşmasının icrasının davam etdirilməsi üçün yeni mexanizmlərin yaradılmasına, bir sıra məsələlərin dəqiqləşdirilməsinə ehtiyac var idi və bu Azərbaycan üçün vacib əhəmiyyət kəsb edirdi.

A.Həsənova vuğulayıb ki, bəyanatın digər vacib əhəmiyyəti onunla bağlıdır ki, bəyanatda Azərbaycanın dediyi kimi, status məsələsi haqda heç nə yoxdur: “Əsas diqqət nəqliyyat və kommunikasiya xəttlərinin açılmasına yönəldilir. Byanatda Azərbaycan Prezidentinin indiyə qədər səsləndirdiyi fikirlər əks olunub”.

Deputat vurğulayıb ki, Paşinyanın Moskvada söylədiyi fikirlər isə Ermənistanda daxili auditoriyaya hesablanıb: “Paşinyanın “status”la, münaqişənin hələ bitməməsi haqda fikirlərinə gəlincə, bunu Ermənistanın daxili auditoriyasına yönəlmiş mesaj kimi dəyərləndirmək olar. Nəzərə almaq lazımdır ki, Ermənistan cəmiyyəti, o cümldən keşişlər, iş adamları Paşinyanın Moskvaya gəlməsinə qarşı ciddi etiraz edirdilər, hətta müxalifət yolları kəsib, aeroporta buraxmırdı, radikallar (daşnaklar və digərləri) onun “anti-erməni sənəd” imzalayacağı təqdirdə ölkəyə buraxılmamasını tələb edirdi, ermənilər Moskvada səfirlik önündəki aksiyalar keçirərək Paşinyana etiraz edirdi.

Əlbəttə ki, belə gərgin şəraitdə Paşinyan etirazları səngitmət üçün cəmiyyətə nəsə mesaj verməli idi və bu baxımdan “status lazımdı, münaqişə bitməyib” kimi bəyanat verəcəyi gözlənilən idi. Ancaq reallıqda isə status barəsində heç nə yoxdur, əsas məsələ birgə bəyanatdır, orada isə Paşinyanın yox, İlham Əliyevin dedikləri əks olunub”.

Deputat bildirib ki, ermənilər artıq xəyallarla deyil reallıqlarla yaşamalıdırlar, onlar münaqişənin bitməsi ilə razılaşıb öz iddialarından əl çəkməlidirlər: “Ermənilər anlamalıdır ki, onlar haqlı deyillər, bütün beynəlxalq qanunlar Azərbaycanın tərəfindəndir, Azərbaycan beynəlxalq qanunlar çərçivəsində tanınan ərazi bütvlüyünü təmi edib və bu, ölkəmizin tam hüququdur. Ermənilər ilk öncə ölkə daxilindəki dərin böhran vəziyyətinə baxmalı və başa düşməlidirlər ki, onları bu vəziyyətə salan məhz elə işğalçılıq siyasətidir. Azərbaycan ərazilərini 30 ilə yaxn müddət ərzində işğalda saxlamaq Ermənistana heç bir fayda gətirmədi, əksinə Ermənistanı uçuruma sürüklədi. Artıq münaqişə bitib, müzəffər Azərbaycan ordusu torpaqlarımızı azad edib və bir daha kimsəyə imkan verməz ki, torpaqlarımızı zəpt etsin.

Yaxşı olardı ki, Ermənistan öz revanşst fikirlərindən əl çəkib regionda yaranmış yeni vəziyyətdən faydalanmağa çalışsın, əks tədqirdə isə Ermənistanı yaxşı heç nə gözəmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir