Daxili işlər orqanları əməkdaşları ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 11-də həyata keçirilən tədbirlər nəticəsində yaşayış yerini icazəsiz tərk edən 4 nəfər aktiv koronavirus xəstəsi icimai yerlərdə müəyyən edilərək saxlanılıb.

Həmin şəxslər xüsusi nəzarətlə evə qaytarılıb. Onlardan 2 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir