Milli Televiziya və Radio Şurasının (MTRŞ) onlayn iclası keçirilib.
İclasda “Space Müstəqil Teleradio” MMC-nin “Space” televiziya kanalının HD siqnal ilə yayımlanması üçün MTRŞ-yə müraciətinə baxılıb.
“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 11.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq MTRŞ “Space” televiziya kanalının (Space TV) Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü TV yayım kanalında HD formatında yayımlanması barədə qərar qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir