Elton Hacıyev 15 ildən artıqdır ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsində ümumi şöbənin mütəxəssisi və şöbə müdiri vəzifəsində çalışır. Elton Hacıyevin 3 illik pensiya köçürmələri yoxa çıxandan bir il ötür. Dosye.org-un​ verdiyi xəbərə görə, şöbə müdirinin 3 illik köçürmələrin yoxa çıxması ilə bağlı ilkin məlumat sosial şəbəkələrdə yayılmışdı. Son hadisələri nəzərə alsaq, cəmiyyətimizin bütün diqqəti cəbhə bölgəsində olduğu bir dönəmlərdə belə, bəzi məmurlar öz çirkin niyyətlərini tamamlamaq üçün iş başında idilər. Bu barədə Dosye.org-a məlumat verən vətəndaş vurğulayır ki, hazırki vəziyyətdən Hacı Zeynalabdin Bələdiyyəsi lazımı qaydada istifadə etməyi bacarır. Bu gün dünyada baş verən anormal proseslər vaxtında Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Əsli Qasımova və ​baş mühasib Teyyub Novruzov öz məkirli planlarını davam etdirirlər. Hətta ölkədən xaricdə olan “söyüş müxalifəti” belə dayandığı bir dönəmdə onların çirkab əməllərini təsdiqləyən faktlar Sumqayıt şəhərinin aidiyyəti qurumlarına göndərilib. Lakin buna baxmayaraq ​ bu qurumlar bunlar barəsində heç bir tədbir görmür və ya görmək istəmir. Hacı Zeynlabadin Bələdiyyəsi əsassız səbəblər gətirir və vətəndaşın haqqına girir. Bəs indi görəsən bu bələdiyyə qurumunun arxasında kimlər, hansı belə böyük qüvəllər durur ki, heç kəs bu məsələ ilə bağlı tədbir görmür?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir