
“Keşlə”də futbolçularla bəzi rəsmilər və məşqçilər arasında problem baş qaldırıb.
Komanda üzvləri bu barədə rəhbərliyə müraciət edib.
Narazılıq borc üstündədir. Belə ki, oyunçular onlardan tez-tez borc pul istənildiyini, vədə yetişəndə isə bunu geri ala bilmədiklərini söyləyib.
Futbolçular belə halların araşdırılmasını və son qoyulmasını istəyib, çünki bu, kollektivin ab-havasına xələl gətirir.