“Cənubi Qafqazın yaxın gələcəkdə yeni Amerika administrasiyasının diqqət mərkəzində olacağını qətiyyətlə söyləmək olmaz. ABŞ-da administrasiya dəyişikliyi rəsmi Ankara və Moskvaya nisbətən Bakı üçün daha az problem vəd edir. Bayden dönəmində Vaşinqton və Tehran arasındakı münasibətlərdə həqiqətən “istiləşmə” olarsa, bu, Bakı üçün əlavə imkanlar yarada bilər”.

Bunu Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov deyib.

Ekspert həmçinin Bayden administrasiyasının, şübhəsiz ki, Rusiya və Türkiyə üçün danışıqlar baxımından çətin ortaq olacağını qeyd edib: “Demokratik administrasiya hər zaman siyasi hüquq və azadlıqlara riayət olunmasına daha çox diqqət yetirib, bu isə bir çox Qərb siyasətçisinin həm Türkiyə, həm də Rusiya hökumətinə etirazlar etməsi üçün çoxdankı bəhanədir”.

Neyjmakovun fikrincə, bu cür etirazlar Amerika siyasəti üçün kifayət qədər adi haldır. “Qarşıdakı həftələrdə, o cümlədən yeni prezidentin andiçmə günü Donald Tramp tərəfdarlarının növbəti aksiyalarının keçirilməsi tam mümkündür”, – ekspert hesab edir. (Report)

Qeyd edək ki, ABŞ Konqresi prezident seçkisinin nəticəsini dünən təsdiqləyib. Yanvarın 20-də Cozef Baydenin andiçmə mərasimi keçiriləcək.

ABŞ-da administrasiya dəyişikliyi Bakı üçün nə vəd edir? -  Ekspert rəyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir