
Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimləri 2020-ci ildə 2 beynəlxalq və 4 yerli qrant layihə üzrə tədqiqatlar yerinə yetiriblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, beynəlxalq əməkdaşlıq çərçivəsində yerinə yetirilən 2 qrant layihəsindən əldə olunan elmi nəticələrə əsasən 7 məqalə hazırlanaraq nüfuzlu jurnallarda dərc olunub və 5 konfrans materialında yer alıb.