Fransa senatının DG-la əlaqədar qərarını beynəlxalq normaların əxlaqcasına pozmaq nümunəsi adlandırmaq olar. Şəxsən mən belə bir qərarın hansı isə ölkəyə qarşı nə vaxtsa qəbul edildiyini bilmirəm. Roma imperiyası dövründə adı belə olmayan Fransa 15-ci əsrdə Almanların imperiyaya rəhbərlik etdiyi vaxtda vassal dövlət adına layiq görüldü. Ancaq Bonnapart Napaleon vaxtında 12 il müddətində Fransa özünə məxsusu tarix yaratdı. Ancaq hər kəs Napaleonun fransuz yox, Korsikalı olduğunu bilir. Bir sözlə, həmişə Almaniya, daha doğrusu, onun bir hissəsi Prusiyanın qapaz altısı olan Fransa onlar tərəfindən 1860-70-ci illərdə darmadağın edildi. Müharibələrdə həmişə yazıq vəziyyətinə düşən Fransanı fərqləndirən cəhət onun həmişə lovğalığını saxlamasıdır. 2-cü Dünya müharibəsində Hitlerin əlaltısına çevrilmiş Fransa Çercilin təzyiqi altında qalib dövlət kimi təqdim edildi. Fransanın prezidenti De Qol lovğa, təkəbbürlü, əlindən heç bir şey gəlməyən, özünü xoruz kimi aparan birisi idi. Onun bu təkəbbürü ilə əlaqədar kitablar çıxıb. Birini sizlərə çatdırmaqla onun daxili simasını (Fransanın son prezidentləri Sarkozi və Makron De Qolun daha ağılsız formasıdır)göstərmək istəyirəm. De Qol hamıdan ona əlahəzrət General deməyi tələb edirdi. Hətta arvadının ona başqa cür müraciət etməyə haqqı yox idi. Onun oxranası yazır. Parijdən öz kənd evinə gedən De Qol arvadı ilə maşına oturandan sonra dedi, indi sən mənim generalım deyə bilərsən. Almaniyanın kansleri Adeanurla De Qolu müqayisə etməyin mümkün olmadığı kimi, yaltaqlanması üzündən tökülən Makronla Merkeli də müqayisə etmək olmaz.
Fransa senatının tərkibində ən azı 60 faiz Makronun partiyasındandır. Onlar əgər bir nəfər kimi hamısı beynəlxalq normaların əleyhinə səs verirsə, deməli, bunu təşkil edən Makronun özüdür.
Makron Türkiyə və onun prezidenti Ərdoğana nifrət edir. Çünki Ərdoğan qat qat ağıllıdır. Liviya, Livan, NATO ilə əlaqədar Makronun sayaqlamalarını ələ salır. Makron Fransanın əhalisinin 10 milyonunun müsəlman olduğunu unudub. O, başa düşmür ki, onsuz da onu artıq 2 ildir istəməyən Fransız xalqı bir kibrit alovundan alışıb onu yandıra bilər. Və bu kibrit Fransa müsəlmanlarının əlindədir. O qədər ağıldan kəmdir ki, bir ay bundan öncə müsəlmanların əleyhinə söylədiyi mülayim fikirlərin dünyada verdiyi reaksiya yadından çıxıb. Bu özündən müştəbehi yerinə oturtmaq lazımdır. Azərbaycan bütün millətlərdə olan bu zərb məsəli unutmamalıdır. “Axmaq nümunə yolxucudur.”
Rəsul Quliyev, ABŞ-da yaşayan eks spiker

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir