Bu axşam Fransa  senatı  qondarma separatçı-terrorçu erməni xuntasının “müstəqil dövlət” kimi tanınması haqda layihəni müzakirəyə çıxaracaq…

Dünən axşam saat 19:30-da Fransa  senatı Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında qondarılmış və Milli Ordumuzun son 44 günlük müzəffər yürüşü sayəsində  qanunsuz “ərazisi”nin böyük hissəsini itirmiş separatçı-terrorçu erməni xuntasının “müstəqil dövlət” kimi tanınması haqda qətnamə layihəsini müzakirəyə çıxaracaq.
 
AENPRESS.İnfo-Moderator.aza istinadən xəbər verir ki, işğalçı ölkə və Xankəndindəki separatçı rejim mediası bu haqda böyük hay-küylə xəbər verir.
Aydındır ki, düşmənlərimiz  Şuşa, Kəlbəcər kimi cənnət Qarabağ incilərimiz üzərində nəzarəti itirmələrindən sonra  Fransanın Azərbaycana, türk, İslam dünyasına qarşı bu cür məkrli, amma həm də mənasız addımlarıyla özlərinə təskinlik verməyə çalışırlar. Ancaq Ermənistan və havadarlarının digər belə cədhləri kimi bu da əbəsdir; Azad   Kəlbəcərdən, Murovdağdan, Dəlidağdan ucalan sədamız prezident Makronun da, Fransa senatının ermənipərəst üzvlərinin səsini batıracaq, ağzını yumacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir