Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Şəhərin Nəriman Nərimanov prospektində “Toyota” ilə “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində 66 yaşlı Məqsəd Mirzəyev hadisə yerində ölüb.
32 yaşlı İlqar Köçəriyev, 44 yaşlı Mahmud Cənnətov, 58 yaşlı Fəqan İsmayılov və 25 yaşlı Vüsal Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir