Hondurasda jurnalist Luis Almendares güllələnərək öldürülüb.
“RİA Novosti” xəbər verir ki, silahlı şəxslər motosikletdən ona atəş açıblar.
Hadisə bazar günü L.Almendares “Facebook”dan canlı yayım həyata keçirərkən baş verib.
Belə ki, Komayuqa şəhərində törədilən cinayət hadisəsi zamanı motosikletdə hərəkət edən iki nəfər jurnalistə bir neçə dəfə atəş açıb. Cinayətkarlar hadisə yerindən qaça biliblər.
L. Almendares açılan atəş nəticəsində üç güllə yarası alıb. Yaralanan jurnalisti təcili xəstəxanaya çatdıraraq əməliyyat ediblər. Lakin bazar ertəsi səhər saatlarında 35 yaşlı jurnalist dünyasını dəyişib. Polis cinayətkarların yerini tapmağa çalışır.
Bildirilir ki, L. Almendares yerli sahibkarları və siyasətçiləri xüsusən korrupsiya və narkotiklərin qanunsuz dövriyyəsində ifşa etməklə tanınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir