İstanbulun tarixi yerlərindən olan “Anadolu Hisarı”na yaxın meşəlik ərazidə güclü yanğın baş verib.

AENPRESS.İNFO-AZƏRTAC a istinadən xəbər verir ki, yanğın yaşayış ərazilərinə yaxın bölgədə meydana gəlib. Hazırda yanğının söndürülməsi işləri aparılır. Hadisə yerinə yanğınsöndürən briqadalarla yanaşı, helikopterlər də cəlb olunub. Yanğın səbəbindən çıxan qatı duman İstanbulun bir çox bölgələrindən görünür.

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir