Ağsu rayonunun Çaparlı kəndi ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
İsmayıllı rayon sakini, 1970-ci il təvəllüdlü Şirinov Qərib Fərmayıl oğlu “VAZ-2115” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə, maşın dərəyə yuvarlanıb.
Dəhşətli hadisə nəticəsində sürücü hadisə yerində həyatını itirib. Qəzada sürücünün başı qopub.
Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir