Şəmkir rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Kür qəsəbəsi ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində azı 4 nəfər xəsarət alıb.

Hadisənin təfərrüatı araşdırılır.

Hadisə yerində təcili tibbi yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir