Latviya Təhsil və Elm Nazirliyi təhsil müəssisələrinin texnoloji təminatının yaxşılaşdırılması – noutbukların alınması məqsədilə “Gözlənilməz hallar üçün nəzərdə tutulmuş vəsait” büdcə proqramı çərçivəsində 3,97 milyon avro məbləğində vəsait ayıracaq.

AENPRESS.info-AZƏRTACa və ölkənin yerli mətbuatına istinadla xəbər verir ki, Latviya hökuməti Təhsil və Elm Nazirliyi tərəfindən hazırlanan layihəyə bu gün baxacaq.

Kompüterlər ümumtəhsil məktəblərinə (axşam, qiyabi və sosial korreksiya məktəbləri istisna olmaqla) və xüsusi təhsil müəssisələrinə 7-12-ci siniflərdə təhsil alan şagirdlərin sayına mütənasib olaraq veriləcək.

Kompüterlər alındıqdan sonra təmənnasız olaraq təhsil müəssisələrinin təsisçiləri kimi yerli özünüidarəetmə orqanlarının mülkiyyətinə veriləcək.