Ölkədəki inkubasiya və innovasiya mərkəzlərinin beynəlxalq akreditasiyasına başlanılır.

İnnovasiyalar Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən inkubasiya və innovasiya mərkəzləri beynəlxalq sertifikatlaşmadan keçiriləcək. Sertifikatlaşma prosesi mərhələlərə bölünərək mərkəzlərin fəaliyyətinin analizi, mövcud maddi-texniki bazanın müəyyənləşdirilməsi, akademik mühitə, iqtisadiyyata və məşğulluğa olan təsirinin ölçülməsindən ibarət olunması planlaşdırılıb. Həmçinin bu proses ərzində mərkəzlərin koordinatorlarının beynəlxalq proqramlar əsasında təlimlərdən keçməsi və akredetasiyası da bu proqramın bir hissəsi olacaq.

Son mərhələ olaraq sertifikasiyadan keçmiş innovasiya və ya inkubasiya mərkəzlərinin fəaliyyətlərinin müvafiq dünya standartlarına uyğunluğunun təmin edilməsi nəzərdə tutulub.

İnnovasiyalar Agentliyi tərəfindən təqdim olunacaq müvafiq xidmətlərdən, o cümlədən qrant və beynəlxalq təcrübə mübadiləsi proqramlarından yararlanması və həmin mərkəzlərin mövcud maddi-texniki bazasının və insan kapitalının inkişaf etdirilməsi də istisna edilmir.