Sentyabrın 15-dən yeni tədris ili başlanıb. 2020-2021-ci tədris ilində pandemiya ilə əlaqədar olaraq, dərslər həm əyani, həm də distant (məsafədən) formada təşkil edilib.

AZƏRTAC Bakının Səbail rayonundakı 132-134 nömrəli təhsil kompleksindən fotosessiyanı təqdim edir. Təhsil kompleksində respublika ərazisində tətbiq olunan karantin rejiminin bütün qaydalarına tam şəkildə riayət olunur.

Qeyd edək ki, I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlayıb.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil edilir. 2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1milyon 574 min 206 şagirdin təhsil alacaq.