15 sentyabr – Bilik Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “15 sentyabr Bilik Günü” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Azərbaycan təhsil sistemi, təhsil tarixi, təhsil siyasəti, təhsilin inkişaf strategiyası və s. mövzularda materiallar və fotolar təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/15_Sentyabr_Bilik_gunu/index.html linkindən istifadə edə bilərlər.