Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) vətənpərvərlik ruhunu əks etdirən növbəti videoçarx təqdim edilib.

İdarədən bildirilib ki, “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə dəstək olaraq təqdim edilən videoçarx “Türk oğlu” mahnısının müşayiəti ilə nümayiş olunur.

Mahnının sözləri şairə-publisist Nəsibə İsrafilqızına məxsusdur. Bəstəsi Arif Səlimova, ifası isə Xalq artisti Gülyanaq Məmmədovaya aiddir.

Videoçarxda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov, general-mayor Polad Həşimov və 12 iyul döyüşündə şəhid olmuş digər igidlərin fotoları nümayiş olunur.

Videoçarxda, həmçinin Azərbaycan və türk qardaşlığı ilə bağlı fotolar da verilir.