Hörmətli oxucular, dəyərli izliyicilərimiz!.. AENPRESS.info yenidən Sizlərin görüşünə gəldi və qısa fasilədən sonra öz işini davam etdirir, yüksək tribunasını vətəndaşlara açıq elan edir!..

Məlum olduğu kimi son zamanlar dünyanı ağuşuna almış pondemiya, koronavirusla mübarizə zəminində ölkəmizdə dövlətəhəmiyyətli vacib tədbirlər həyata keçirildi. Dövlət öz vətəndaşlarının sosial rifahının, xüsusən də sağlamlığının qorunması naminə qabaqlayıcı işlər gördü və görməkdədir. Bütün bunlara baxmayaraq, Azərbaycan mediası da bu mübarizədə ön cəbhələrdə oldu. Ölkədə IV cü hakimiyyət hesab olunan və son çıxışlarından birində xalqın və dövlətin taleyüklü məsələlərində yaxından iştirak edərək, obyektiv fikir söyləyən Azərbaycan mediasını   II hakimiyyət qədər yaxın hesab edən cənab prezident İlham Əliyevə çoxsaylı mediamız adından təşəkkür edirik. Belə ki, redaksiyamıza daxil olan çoxsaylı müraciətlər nəticəsində biz də insanların sağlamlığı, sosial rifahı naminə əlimizdən gələn köməkliyi əsirgəmədik. Hətta bu yolda öz sağlamlığımızı belə təhlükə altına aldıq. Nəticədə bu xəstəliyin qısa müddətli də olsa daşıyıcısına çevrildim. Əvvəlcə ev şəraitində, sonra isə xəstəxana şəraitində müalicə aldım. Balaca bir virusun isanın bütün bədənini necə çökdürdüyünün şahidi oldum. Sağ olsun həkimlərimiz, var olsun dövlətimiz, səhiyyəmiz… Sözün həqiqi mənasında xəstələrə lazımi köməkliyin göstərilməsi, qayğı ilə əhatə olunması barədə apardığım jurnalist araşdırması zamanı verilən cavablar qane edici olmasa da, nöqsanlar demək olar ki, aradan qaldırılmış, sağalan xəstələrin sayı artmışdır. Müalicə olunduğum 1 saylı Kliniki Xəstəxananın bütün tibb personalına öz təşəkkürümü bildirirəm. Arzu edirəm ki, bu ağır bəla tezliklə ölkəmizdən, eləcə də bütün dünyadan yox olsun. Tanrı sınağa çəkdiyi bəndələrinin simasından-qəlbindən insanlıq hisslərini, duyğularını əskik  etməsin. Və bütün yaradılışı öz mərhəməti ilə hidayət etsin. Dünya öz düzənini Uca Allahın rəhmi ilə qursun, yaşasın. AMİN…

Elmira Nüsrətqızı