Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan hərbi qulluqçu Məmmədov Elşad Dönməz oğlu da dəfn olunub.
AENPRESS.info-Modern.aza istinadən xəbər verir ki, şəhid doğulduğu Tovuzun Ağdam kəndində son mənzilə yola salınıb.
Baş əsgər Elşad Məmmədov 1996-cı ildə anadan olmuşdu, 3 aylıq övladı var.
Xatırladaq ki, Ermənistan tərəfinin ötən gündən başlayan təxribatı nəticəsində 4 nəfər – çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu və baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.