AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun I kurs magistrantlarının yay imtahan sessiyası onlayn davam edir.

İnstitutdan bildirilib ki, elmi müəssisənin Aqrokimya ixtisası üzrə magistrantı Dəyanət Baxışov yay imtahan sessiyasında aqrokimyanın ekoloji problemləri fənnindən imtahan verib. Fənn müəllimi Arzu Həşimovanın apardığı imtahan prosesini institutun direktoru, AMEA–nın müxbir üzvü Əlövsət Quliyev, Təhsil şöbəsinin müdiri dosent Fərrux Xəlilov onlayn izləyiblər. İmtahanda magistrant yaxşı nəticə əldə edib və yüksək balla qiymətləndirilib.

aenpress.info

Posted in: Elm