Braziliyada cani ana 11 yaşlı oğlunu telefonla çox oynadığı üçün paltar ipi ilə boğaraq öldürüb.
 
AENPRESS.İNFO-Moderator.aza istinadən xəbər verir ki, 33 yaşlı 2 uşaq anası əvvəlcə oğlunun itdiyini iddia edərək diqqətləri üzərindən uzaqlaşdırıb. Bundan sonra polis əməkdaşları ailənin evinə yaxın bölgədəki geniş bir ərazidə axtarışa başlayıb.
Azyaşlını tapmaq üçün aparılan axtarış çalışmalarına ailənin yaxınları da kömək edib. Ancaq uşaq tapılmayınca qadın cinayəti etiraf etmək məcburiyyətində qalıb.
Hadisədən 10 gün sonra cani ana oğlunun cansız bədənini qonşunun qarajında gizlətdiyi yerdən çıxarıb. Plastik bir torbaya bükülü olan cəsədin tapıldığı zaman artıq çürüməyə başladığı bildirilib.